ONLAYN TƏHSİL MÜQAVİLƏSİ

№____
Bakı ş., __________, 20____-ci il

Bir tərəfdən bundan sonra “ONLAYN TƏHSİL” adlanacaq, Azərbaycan Respublikası qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, Bəşir Bünyadov 3a ünvanında yerləşən “Hədəf Kursları” MMC-nin direktoru Emin Sadıqov (VÖEN: 1700869861) qismində, digər tərəfdən __________________________________________________________ ünvanda qeydiyyatda olan ___________________________________________ şəxsində, bundan sonra “Valideyn” və ya qanuni nümayəndəsi (müqavilədə Təhsilalan) adlandırılacaq, birlikdə “ONLAYN TƏHSİL” və “Təhsilalan”, ayrı-ayrılıqda isə Tərəflər adlandırılaraq bu Müqaviləni bağlayırlar.

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. “ONLAYN TƏHSİL” və digər tərəfdən “Valideyn” bu müqavilədə nəzərdə tutulan şərtlər daxilində, “ONLAYN TƏHSİL” konsepti çərçivəsində Onlayn (məsafədən) “ONLAYN TƏHSİL” müqaviləsi bağlayaraq, mövcud təhsil standartlarının və təhsil strategiyasının tələblərinə uyğun olaraq, təhsilalana “ONLAYN TƏHSİL” tərəfindən yaradılmış www.evdetehsil.az saytı vasitəsilə onlayn (məsafədən) formada təhsil verilməsi barədə razılaşırlar.

MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

“TƏHSİLALAN”IN HÜQUQ VƏ VƏZİFƏLƏRİ:

2. Tərəflər bu müqaviləni imzalamaqla aşağıda sadalanan hüquq və vəzifələri yerinə yetirməklə razılaşırlar:

  1. “ONLAYN TƏHSİL” konseptinə uyğun olaraq, təhsilalan “ONLAYN TƏHSİL” tərəfindən yaradılmış www.evdetehsil.az saytında qeydiyyatdan keçdikdən sonra, onlayn (məsafədən) təhsil alacağı platformanın hesabını tələb etmək;
  2. Təhsilalana onlayn (məsafədən) təhsil verəcək müəllimin zəruri bilik və bacarığa malik olması barədə məlumat almaq;
  3. Müəllimin onlayn (məsafədən) tədris prosesini lazımi qaydada təşkil etmədiyinə dair kifayət qədər sübutları olduğu halda müəllimin dəyişdirilməsini tələb etmək;
  4. Müəllimin razılaşdırılmış saatlarda dərsə başlamasını “ONLAYN TƏHSİL”-in koordinatorundan tələb etmək;
  5. Təhsilalanın dərsi qavrama səviyyəsi və dərsə münasibəti barədə zəruri məlumatlar almaq;
  6. “ONLAYN TƏHSİL” konseptinə uyğun olaraq, Bu müqaviləyə əsasən müəyyənləşdirilmiş təhsil haqqını “ONLAYN TƏHSİL”-ə ödəmək;
  7. “ONLAYN TƏHSİL” konseptinə uyğun olaraq, təhsilalana onlayn (məsafədən) təhsil verilməsi üçün zəruri tədris şəraiti yaratmaq;
  8. Onlayn (məsafədən) tədris zamanı müəllimin şərəf və ləyaqətinə, yüksək müəllim adına hörmət etmək;
  9. Valideyn onlayn (məsafədən) dərs zamanı müəllimlə ünsiyyətdə olmamalı;
  10. Üzrlü səbəbdən müqavilədə nəzərdə tutulmuş günlərdə onlayn (məsafədən) təhsilin təşkil olunması mümkün olmadıqda 1 gün əvvəlcədən bu barədə “ONLAYN TƏHSİL” koordinatoruna məlumat vermək; Məlumat verilmədiyi təqdirdə həmin dərs saatı keçirilmiş hesab olunur və həmin dərs saatı üçün ödənilən məbləğ geri qaytarılmır.
  11. Onlayn (məsafədən) təhsil zamanı ortaya çıxan müəllim barədə hər hansı mənfi hal barədə dərhal “ONLAYN TƏHSİL” koordinatoruna məlumat vermək;
  12. “ONLAYN TƏHSİL” tərəfindən yaradılmış www.evdetehsil.az saytında qeydiyyatdan keçdikdən sonra, onlayn (məsafədən) təhsil alacağı platformanın hesabını üçüncü şəxslərə verməmək; Şifrənin üçüncü şəxsə verilməsinə görə “ONLAYN TƏHSİL” hər hansı məsuliyyət daşımır.
  13. “ONLAYN TƏHSİL” konsepti üzrə onlayn (məsafədən) təhsil almaqdan imtina etdikdə, bu barədə 2 həftə öncədən “ONLAYN TƏHSİL” koordinatoruna yazılı xəbərdarlıq etmək;

“ONLAYN TƏHSİL”İN HÜQUQ VƏ VƏZİFƏLƏRİ:

  1. “ONLAYN TƏHSİL” konseptinə uyğun olaraq valideynlərlə müqavilə bağlamaq və valideyn tərəfindən müəllimin “ONLAYN TƏHSİL” vasitəsilə yaradılmış platforma üzərindən onlayn (məsafədən) təhsil verməsinə görə bu müqavilədə müəyyənləşdirilmiş təhsil haqqı almaq;
  2. “ONLAYN TƏHSİL” konseptinə uyğun olaraq, təhsilalana onlayn (məsafədən) təhsil verilməsi üçün zəruri tədris şəraiti yaradılmasını tələb etmək;
  3. “ONLAYN TƏHSİL” tərəfindən yaradılmış www.evdetehsil.az saytında qeydiyyatdan keçdikdən sonra, təhsilalanın onlayn (məsafədən) təhsil alacağı platformanın hesabını, qeydiyyatdan keçərkən daxil etdiyi şəxsi məlumatlarını üçüncü şəxslərə verməmək;
  4. Onlayn (məsafədən) tədris zamanı müəllimin şərəf və ləyaqətinə, yüksək müəllim adına hörmət edilməsini valideyndən tələb etmək;
  5. Valideyn onlayn (məsafədən) dərs zamanı müəllimlə ünsiyyətdə olmamasını tələb etmək;
  6. Zəruri hallarda valideynlə razılaşdırmaqla mövcud müəllimi başqası ilə əvəz etmək;
  7. Təhsilalana onlayn (məsafədən) təhsil verəcək müəllimin zəruri bilik və bacarığa malik olması barədə tələb olunduqda məlumat vermək;
  8. Müəllimin onlayn (məsafədən) tədris prosesini lazımi qaydada təşkil etmədiyinə dair kifayət qədər sübutları olduğu halda müəllimin dəyişdirilməsi tələb edildikdə yerinə yetirmək;
  9. Müəllimin razılaşdırılmış saatlarda dərsə başlamasını təmin etmək;
  10. Təhsilalanın dərsi qavrama səviyyəsi və dərsə münasibəti barədə zəruri məlumatları valideynə təqdim etmək;

MADDƏ 3. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ Ödənİş Qaydası

3.1. “ONLAYN TƏHSİL” konsepti üzrə təhsil haqqı ödənişi aşağıda nəzərdə tutulmuş qaydada ödənilməlidir:

  1. 3.1.1. Müəllim tərəfindən “ONLAYN TƏHSİL” konsepti üzrə keçirilən ilk onlayn (məsafədən) dərs sınaq xarakteri daşıyır. Valideyn müəllimin nümunəvi dərsindən razı qalıb “ONLAYN TƏHSİL” ilə müqavilə bağladıqda, müəllim tərəfindən keçirilən nümunəvi dərs saatı müqavilədə nəzərdə tutulan və valideyn tərəfindən seçilmiş dərs saatlarına əlavə edilməklə həmin keçirilən nümunəvi saatın haqqı ödənilir.
  2. 3.1.1.1. Dərslər həftədə ____ dəfə, ____ saat olmaqla, ayda _____ dəfə keçirilir və keçirilən tədrisin dəyəri ____ fənn üçün ümumi ___________________ manat təşkil edir;
  3. 3.2. İlk ayın təhsil haqqı ödənişi seçilmiş dərs saatlarına mütənasib olaraq, nümunəvi dərsdən sonra valideynin razılaşaraq müqavilə bağladığı gün ödənilməlidir.
  4. 3.3. Həftəlik dərs saatları müəllim tərəfindən üzürsüz səbəbdən keçirilmədikdə, keçirilməyən dərs saatları valideyn tərəfindən seçilmiş aylıq dərs satlarına əlavə olaraq keçirilir.
  5. 3.4. Həftəlik dərs saatlarının valideyn tərəfindən üzürsüz səbəbdən keçirilməsi təşkil edilmədikdə, həmin keçirilməyən saatların haqqı ödənilir.
  6. 3.5. Təhsil haqqı ödənişi online sayt üzərindən və ya bank köçürməsi yolu ilə “ONLAYN TƏHSİL”-ə ödənilir.
  7. 3.6. Göstərilən xidmətlərin nağdsız qaydada ödənilməsi, “ONLAYN TƏHSİL” tərəfindən hesab faktura təqdim edildiyi gündən etibarən 3 (üç) iş günü ərzində həyata keçirilir.
  8. 3.7. Hazırkı Müqavilə vaxtından əvvəl ləğv olunduğu təqdirdə valideyn göstərilən xidmətlərə və müvafiq xərclərə görə həmin ləğv olunma tarixnədək olan ödənişləri vicdanlı tərzdə “ONLAYN TƏHSİL”-ə ödəməlidir.
  9. 3.8. Təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, Valideyn ödəmə gününə görə təhsil haqqının 2%-i məbləğində dəbbə pulu ödəyir.
  10. 3.9. Aylıq ödəniş ödənildikdən sonra heç bir halda geri qaytarılmır.

MADDƏ 4. KONFİDENSİALLIQ

4.1. Tərəflərdən hər biri hazırkı Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir halda yaymamaq barədə öz üzərlərinə öhdəlik götürürlər.

4.2. Konfidensial məlumatların bu Müqavilənin tərəfi olmayan digər tərəflərə ötürülməsi, çap edilməsi və ya başqa bir şəkildə açıqlanması müvafiq qanunvericiliklə tələb olunduğu hallar istisna olmaqla, yalnız Tərəflərin qarşılıqlı yazılı razılaşması əsasında həyata keçirilə bilər.

MADDƏ 5. MƏSULİYYƏT HƏDDİ

5.1. “ONLAYN TƏHSİL” və “Təhsilalan” hazırkı müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərlə bağlı öz fəaliyyəti və hərəkətlərinə görə məsuliyyət daşıyacaqdır. Bu müqavilənin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə, o cümlədən, işgüzar nüfuza vurduqları zərərə görə tam maddi məsuliyyət daşıyırlar.

MADDƏ 6. FORS-MAJOR

  1. 6.1. Hazırki müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliğin yerinə yetirməməsini fors-major hallarının... (maddə mətni davam edir)

MADDƏ 7. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSI QAYDASI

7.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni aşağıda qeyd olunan şərtlər çərçivəsində birtərəfli qaydada ləğv edə bilər;

MADDƏ 8. ƏLAVƏLƏR VƏ DÜZƏLİŞLƏR

8.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.

MADDƏ 9. MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

MADDƏ 10. MÜQAVİLƏNİN MÜDDƏTİ

10.1. Bu Müqavilə imzalandığı gündən ____________________ müddətinə bağlanılır.

MADDƏ 11. YEKUN MÜDDƏALAR

11.1. Hazırki Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır.

12. TƏRƏFLƏRİN REKVİZİTLƏRİ VƏ İMZALARI

Direktor SADIQOV EMİN Kamil oğlu

Ünvan: Bəşir Bünyadov 3a

Tel: +994 77 555 01 21

VÖEN: 1700869861

Bank: Kapital Bank ASC-nin Nizami Filialı

KODU: 200123

VÖEN: 9900003611

E.K.Sadıqov ____________

Tarix __________________

TƏHSİLALAN

A.S.A________________________________

Tel_______________Mob________________

Ünvan________________________________

İmza__________________________________

Tarix__________________________________